Martın 28-də Salyan şəhərində Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə yaradılmış “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun üzvləri ilə görüş keçirilib. Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin təşkil etdiyi görüşdə Salyan, Şirvan, Neftçala, Hacıqabul, Biləsuvar rayonlarının “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun üzvləri iştirak edib. Toplantıda mərkəzin saytının və facebook səhifəsinin təqdimatı da keçirilib.
Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev, şöbə müdirləri Sənan Talıbov, Məzahir Qarayev, rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Toğrul Cavadovun iştirakı ilə keçirilən görüşə sözügedən rayonların mədəniyyət və turizm şöbələrinin tabe müəssisələrdə çalışan gənc əməkdaşları qatılıb.
Görüşdə qrupun yaradılmasının məqsədi, ölkəmizdə gənclərə dövlət qayğısı, onların inkişafı və özünütəsdiqi üçün yaradılan şəraitdən söz açılıb, mədəniyyətimizin təbliği məsələsində regionlarda təşəbbüskar, yeni ideyalar daşıyan gənclərə böyük ümidlər bəslənildiyi vurğulanıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar