Martın 22-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı-dramaturq, şair Cəfər Cabbarlının anadan olmasının 117-ci ildönümünə həsr edilmiş “Bahar oğlu” adlı ədəbi-bədii gecə keçirildi.
Azərbaycan Yazıçılar Birliyi, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzi, Cəfər Cabbarlının ev-muzeyi və “Yeni Yurd” İctimai Birliyinin təşkilatçılığı ilə gerçəkləşən tədbir Dövlət himninin səslənməsi ilə başlandı. Sonra Cəfər Cabbarlının həyat və yaradıcılığından bəhs edən videoçarx təqdim olundu.
AYB-nin sədri, Xalq yazıçısı Anar, AMEA-nın müxbir üzvi, Milli Məclisin deputatı Nizami Cəfərov, filologiya elmləri doktoru Asif Rüstəmli ədibin Azərbaycan ədəbiyyatı, dramaturgiyası, teatr və kino sənətinin inkişafında böyük xidmətlərindən, çoxşaxəli yaradıcılığından danışdılar.
Bildirildi ki, Cəfər Cabbarlı Azərbaycan milli məfkurəsində silinməz iz qoyub. Ədibin "Trablis müharibəsi və Ədirnə fəthi" dramına görə Nuru Paşanın şəxsi medalı ilə təltif edildiyi xatırlandı, Azərbaycan dramaturgiyasında M.F.Axundzadə və C.Məmmədquluzadədən sonra C.Cabbarlının əsərlərinin mühüm yer tutduğu, əsərlərində bu günlə səsləşən və heç zaman köhnəlməyən fikirlərin olduğu qeyd edildi.
Tədbirdə C.Cabbarlının ev-muzeyinin direktoru Qəmər Seyfəddinqızı böyük ədibin adını daşıyan mükafat haqqında məlumat verdi. Cəfər Cabbarlı mükafatı Türkiyənin Fırat Universitetinin professoru Ercan Alkayaya təqdim edildi.
Ədəbi-bədii gecə C.Cabbarlının sözlərinə yazılan mahnılar, əsərlərinin tamaşalarından musiqilərlə davam etdi.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar