Martın 29-da Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz tərəfindən Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Mədəniyyət təsisatlarına metodiki dəstək” mövzusunda seminar və metodiki vəsaitlərin təqdimatı keçirilib.
Hacıqabul Rayon İcra Hakimiyyətinin nümayəndəsi Elvin Şıxəliyev, Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev, Hacıqabul Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Elnur Əmiraslanovun iştirakı ilə keçirilən görüşə Şirvan şəhəri, Hacıqabul, Neftçala və Sabirabad rayonlarının mədəniyyət işçiləri, “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun üzvləri qatılıb.
Seminar zamanı mərkəzin hazırladığı metodiki vəsaitlər barədə məlumat verilib və bu mövzuda fikir mübadiləsi aparılıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar