Martın 30-da Salyan şəhərində vətəndaşları qəbul edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev daha sonra rayonun bir sıra mədəniyyət müəssisələrinə baş çəkib.
İlk olaraq Salyan Dövlət Rəsm Qalereyasına gələn nazirə burada yaradılan iş şəraiti, qalereyanın fondu, əsərlərin saxlanılması haqqında məlumat verilib. Əbülfəs Qarayev qalereyanın fonduna iki yeni əsər təqdim edib. Nazir sonra Salyan rayonunun mərkəzində yerləşən, XIX əsrin tikilisi olan Cümə məscidini ziyarət edib.
Əbülfəs Qarayev Salyan rayonu Qulu Əsgərov adına uşaq incəsənət məktəbinin fəaliyyəti ilə də tanış olub, təhsil ocağında yaradılan şərait, dərs vəsaitləri ilə təminat, tədrisin keyfiyyəti ilə maraqlanıb.
Nazir mədəniyyət müəssisələrin fəaliyyətinin daha da yaxşılaşdırılması üçün tapşırıq və tövsiyələr verib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar