Bilik Fondunda kitabın müzakirəsi keçirilib

31 mart - Azərbaycanlıların soyqırımı günü ərəfəsində Prezident yanında Bilik Fondunda Dürdanə Ağayevanın “Erməni zindanında səkkiz gün” adlı kitabının müzakirəsi olub. Kitabda Xocalı sakini-müəllif əsirlikdə olduğu məşəqqətli günləri qələmə alıb.
Tədbiri Bilik Fondunun Aparat rəhbəri, professor İsaxan Vəliyev açaraq kitab haqqında fikirlərini bölüşüb. Azərbaycan Sosial Rifah Partiyasının sədri, millət vəkili Xanhüseyn Kazımlı da kitabın əhəmiyyətindən danışıb, onun xarici dillərə tərcümə edilərək yayılmasının vacibliyini vurğulayıb.
Yazıçı Mirmehdi Ağaoğlu 2015-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına real hadisələri qələmə alan belaruslu yazıçı Svetlana Aleksiyeviçin layiq görüldüyünü xatırladaraq bu gün dünya ədəbiyyatında bu qəbildən əsərlərə üstünlük verildiyini bildirib.
Bilik Fondunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı “Erməni zindanında səkkiz gün” kitabının ədəbiyyatdan çox tarix üçün önəmindən bəhs edib.
Kitabın geniş müzakirəsindən sonra Dürdanə Ağayeva yaşadıqlarını gündəlik kimi yazmağa başlayanda kitab çap etdirmək fikrinin olmadığını deyib və bildirib ki, bu fikrini illər keçəndən sonra məhz ona görə dəyişib ki, yaşananlar tarixdir və bu tarix gələcək nəsillərə çatdırılmalıdır.
Tədbirdə Sosial Rifah Partiyası Qadınlar Şurasının sədri Əsli Kazımlı, Dövlətlərarası Media və Diplomatiya Mərkəzinin rəhbəri Ülkər Musazadə, İsrailin “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar