Aprelin 6-da Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin təşkilatçılığı ilə Ucar rayon Heydər Əliyev Mərkəzində mədəniyyət işçiləri arasında ilk dəfə debatlar keçirilib.
"Mədəniyyət və gənclərimiz" mövzulu debatlarda Ucar, Ağdaş, Göyçay, Zərdab və Kürdəmir rayonlarından olan 80-dən artıq mədəniyyət işçisi iştirak edib.
Tədbirdə rayon İcra Hakimiyyətinin əməkdaşı Məhəmməd Bayramov, Mədəniyyət və Turizm Şöbəsinin müdiri Alı Babayev, Göyçay Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Sahib Şükürov, Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev, mərkəzin şöbə müdirləri Sənan Talıbov, Məzahir Qarayev və Fərhad Abdulov iştirak ediblər.
Mərkəzin direktoru Asif Usubəliyev mədəniyyət işçiləri arasında debatların keçirilməsinin zəruriliyini qeyd edərək gənclərin fikirlərini sərbəst şəkildə ifadə etməsində, müxtəlif problemlərin həllində və əməkdaşlarda peşəkarlıq keyfiyyətlərinin artmasında açıq müzakirələrin təşkil olunmasının vacibliyini vurğulayıb. “Mədəniyyət və gənclərimiz” mövzusunda keçirilən debat “Hərbi vətənpərvərlik”, “Müasir mədəniyyət işçisinin peşəkarlıq meyarları" və "Mədəniyyətin turizmə inteqrasiyası" panelləri ilə davam edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar