Xəbər verdiyimiz kimi, F.Köçərli adına Respublika Uşaq Kitabxanasında VIII Milli Uşaq Kitabı Sərgisi keçirilir. 2 aprel - Beynəlxalq Uşaq Kitabı Gününə həsr olunmuş ənənəvi sərgi çərçivəsində müxtəlif tədbirlər, görüşlər təşkil edilir.

Aprelin 5-də kitabxanada uşaqların sevimli nəşri olan “Tumurcuq” qəzetinin 20 yaşı münasibətilə tədbir keçirilib. Tədbirdə Binəqədi rayonundakı 244 saylı məktəbin II sinif şagirdləri, valideynlər, müəllimlər, qəzetin redaksiya heyəti, uşaq yazarlarından Sevinc Nuruqızı, Gülzar İbrahimova və kitabxana əməkdaşları iştirak edib.
Kitabxananın direktor müavini Zahirə Dadaşova Azərbaycan uşaq mətbuatında mühüm yeri olan “Tumurcuq” qəzetinin tarixindən, gənc nəslin yetişməsində, intellektual səviyyəsinin formalaşmasında nəşrin xidmətlərindən danışıb. Kitabxananın kütləvi işlər şöbəsinin hazırladığı video-slayd təqdim olunub.
Sonra söz balacalara verilib. Azərbaycan himninin oxunması ilə başlanan ədəbi-bədii kompozisiyada qəzet səhifələrində gedən maraqlı yazılardan, lətifələrdən kiçik səhnəciklər göstərilib, şeirlər söylənilib, rəqslər ifa edilib. Azərbaycan bayrağına həsr olunmuş kiçik səhnədə uşaqların bir ağızdan “Qarabağ bizimdir, bizim olacaq!” deməsi hamını riqqətə gətirib. Balaca oxucular öz yazarları ilə daha yaxından tanış olub, xatirə şəkilləri çəkdiriblər. Tədbirdə iştirak edən bütün məktəblilərə kitabxananın təsis etdiyi “Göy qurşağı” uşaq jurnalı, təqvim və “Tumurcuq” qəzetinin yeni sayları hədiyyə edilib.
Qəzetin baş redaktoru Səməd Məlikzadə keçirilən tədbirlə bağlı kitabxana əməkdaşlarına, məktəblilərə, müəllimlərə minnətdarlığını bildirib, redaksiya heyəti adından kitabxanaya xatirə hədiyyəsi təqdim edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar