Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi Ceyran Axundovanın oğlu Əbdülməcid Axundov cəbhə xəttində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Sumqayıtda şəhidin dəfn mərasimi keçirilib.
Mərasimdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Müdafiə Nazirliyinin rəsmiləri, millət vəkilləri, hüquq mühafizə orqanlarının rəhbərləri, minlərlə şəhər sakini iştirak edib.
Əbdülməcid Axundov 1993-cü ildə anadan olub. 2010-cu ildə Sumqayıt şəhərində yerləşən 16 saylı orta ümumtəhsil məktəbini bitirib. Azərbaycan Texniki Universitetində təhsil alıb. 2015-ci ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.
Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi və kollektivi şəhidin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar