Aprelin 12-də C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının kollektivi və Kinematoqrafçılar İttifaqı idarə heyətinin üzvləri tanınmış aktyor və rejissor Ceyhun Mirzəyevin anadan olmasının 70 illik yubileyi ilə əlaqədar olaraq onun məzarını ziyarət ediblər.
Kinostudiyadan bildirilib ki, anım mərasimində çıxış edən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birinci katibi Cəmil Quliyev, Əməkdar artist Elxan Qasımov C.Mirzəyevin keçdiyi həyat və yaradıcılıq yolundan söhbət açıblar.
Ceyhun Mirzəyev 1946-cı il aprelin 9-da Ağdam rayonunda anadan olub. 12 yaşında “Ögey ana”da İsmayıl roluna çəkilib. Kinostudiyada aktyor və rejissor kimi çalışıb, Rusiya, Qazaxıstan, Ukrayna və digər ölkələrin filmlərində rol alıb. “Mozalan” satirik kinojurnalının bədii rəhbəri olub, bu kinojurnal üçün 100-dən artıq süjet çəkib.
Görkəmli kino ustasının son filmi “Fəryad”dır. O, erməni vəhşiliklərini əks etdirən bu filmin həm rejissoru olub, həm də baş rolu ifa edib. Lakin filmin premyerasını görmək ona qismət olmayıb. C.Mirzəyev 1993-cü il martın 5-də dünyasını dəyişib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar