Aprelin 9-da Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində “Vətənin şərəf simvolu - Azərbaycan Ordusu” mövzusunda tədbir təşkil edilib.
Mərkəzin direktoru Ramazan Şabanov son günlər baş verən hadisələrə münasibət bildirib, cəbhədə həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Müdafiə Nazirliyinin əməkdaşı, Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani çıxış edərək deyib ki, şəhid Allah qatında müqəddəs sayılan varlıqdır. Bu gün Azərbaycan səmaları şəhid ruhları ilə qorunur.
Tədbirdə mərkəzin ərazisində məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər. Mərkəzin kitabxanası tərəfindən hazırlanan sərgi maraqla qarşılanıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar