Aprelin 18-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında kitabxana işinin modernləşdirilməsi, kitabxanaların fəaliyyətinin optimallaşdırılması mövzusunda treninq başlanıb.
Treninqdə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının, Ağstafa, Bərdə, Astara, Beyləqan, Füzuli, Zərdab, Ucar, Şəki, Şamaxı, Sumqayıt, Siyəzən, Samux, Salyan, Sabirabad, Neftçala, Qusar, Quba, Qazax, Qaradağ, Qax, Xaçmaz, Göyçay kitabxanalarının, eləcə də Polis Akademiyası və Azərbaycan Dövlət Tibb Universiteti kitabxanalarının əməkdaşları iştirak edirlər.
Tədbirdə çıxış edən Gənclər Kitabxanasının direktoru Tahir Sadıqov treninqin kitabxanalarda kompüterlə bağlı tələb olunan işlərin görülməsi və baş verən problemlərin aradan qaldırılmasında kitabxana əməkdaşlarına müvafiq köməklik göstərilməsi məqsədi daşıdığını bildirib.
Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi sektorunun müdiri Lətifə Məmmədova qeyd edib ki, treninq “Kompüterdə quraşdırma, sazlama, diaqnostika işləri”, “Mikrosoft Office paketinin proqramları və elektron sənədlərlə işlənmə qaydaları”, “Fayllar üzrə əməliyyatlar”, “Portallar üçün kontentlərin hazırlanması və yerləşdirilməsi qaydaları” kimi mövzuları əhatə edəcək.
Tədbirin birinci günü “Kitabxanalarda biblioqrafik arayışların yerinə yetirilməsi” mövzusunda təlim keçirilib, treninq iştirakçılarının sualları cavablandırılıb.
Treninqlər aprelin 22-dək davam edəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar