Azərbaycan “Antalya Ekspo 2016” Beynəlxalq Botanika Sərgisində milli pavilyonla təmsil olunur. Milli pavilyon Heydər Əliyev Mərkəzinin dəstəyi ilə təşkil edilib.
Açılış mərasimi aprelin 22-də keçiriləcək “Antalya Ekspo 2016” Beynəlxalq Botanika Sərgisinin fəlsəfəsi “Gələcək nəsillər üçün yaşıl bir dünya”, mövzusu “Çiçək və uşaq”, şüarı isə “Gələcəyi yaşıllaşdır”dır.
Azərbaycanın milli pavilyonunda ölkəmizin zəngin faunası, nadir biomüxtəlifliyi və bağçılıq mədəniyyəti nümayiş etdirilir.
Oktyabrın 30-dək davam edəcək “Antalya Ekspo” çərçivəsində bir sıra beynəlxalq konqres, toplantı və seminarların təşkili planlaşdırılır. Sərgiyə 8 milyon ziyarətçinin gələcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, “Ekspo” sərgisi ilk dəfə 1851-ci ildə Londonda keçirilib. Dünyanın müxtəlif ölkələrində təşkil olunmuş bu sərgiyə Türkiyə ilk dəfə ev sahibliyi edir.
Azərbaycan “Ekspo” Ümumdünya Sərgisində 2000-ci ildən iştirak edir. Ölkəmiz 2015-ci ildə Milanda keçirilən “Ekspo” sərgisində ilk dəfə milli pavilyonla təmsil olunub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar