Aprelin 26-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak edən İtaliya mədəniyyət nazirinin müavini xanım Dorina Biançi ilə görüşüb.
Heydər Əliyev Fondundan verilən məlumata görə, görüşdə ölkələrimiz arasında ikitərəfli əməkdaşlıqdan məmnunluq ifadə olunub, müxtəlif sahələrdə əlaqələrin inkişaf etdiyi vurğulanıb.
Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr, o cümlədən İtaliyada gördüyü işlər yüksək qiymətləndirilib. Həmin layihələrin Azərbaycan-İtaliya əməkdaşlığının inkişafına mühüm töhfə verdiyi vurğulanıb, gələcəkdə bu istiqamətdə tədbirlərin davam etdirilməsinin vacibliyi qeyd edilib.
* * *
Heydər Əliyev Fondunun prezidenti Fransa Milli Assambleyasının deputatı, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Manselin başçılıq etdiyi nümayəndə heyəti ilə də görüşüb.
Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olan Mehriban Əliyeva tədbirdə iştirak etdiklərinə görə qonaqlara təşəkkür edib və əmin olduğunu bildirib ki, Qlobal Forum dünyanı narahat edən məsələlərin həlli istiqamətində vacib platforma olacaq və mövcud problemlərin aradan qaldırılması üçün mexanizmlərin tapılmasına kömək edəcək. Jan-Fransua Manselin başçılıq etdiyi nümayəndə heyətində Azərbaycanın yeni dostlarını da görməkdən şad olduğunu bildirən Mehriban Əliyeva Fransa ilə Azərbaycan arasında bütün sahələrdə qurulan əməkdaşlığın dostluq və qarşılıqlı hörmətə əsaslandığını vurğulayıb.
* * *
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) tolerantlıq üzrə dövlət naziri xanım Şeyxə Lubna Al Qassimi ilə görüşən Azərbaycanın birinci xanımı tədbirdə iştirak etdiyinə görə ona minnətdarlığını bildirib. Şeyxə Lubna Al Qassimi BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirakından məmnunluq duyduğunu, Azərbaycanda özünü evindəki kimi hiss etdiyini deyib.
* * *
Azərbaycanın birinci xanımı Qazaxıstan parlamenti Senatının sədri Kasım-Jomart Tokayevlə də görüşüb. Qazaxıstan parlamenti Senatının sədrini ölkəmizdə salamlayan Azərbaycanın birinci xanımı Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun əhəmiyyətini qeyd edib. Bildirib ki, belə mötəbər tədbirin ölkəmizdə baş tutması Azərbaycanın sivilizasiyalararası dialoq sahəsində fəaliyyətinə verilən dəyərin nəticəsidir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar