Aprelin 25-də Bakı Konqres Mərkəzində Qlobal Forum çərçivəsində keçirilən biznes simpoziumun açılış mərasimindən sonra panel müzakirələr aparıldı.

Panel iclasın moderatoru “Euronews” kanalının Vaşinqton müxbiri Stefan Grobe məruzəçilərini təqdim etdi.
“BMW Group” şirkətinin vitse-prezidenti Bill McAndrevs Bakıda olmaqdan şad olduğunu bildirərək şirkətin müxtəlifliyi özündə əks etdirdiyini vurğuladı. Bildirdi ki, şirkət inklüziv cəmiyyəti, birgəyaşayışı uğurun açarı kimi görür, fəaliyyətində korporativliyi, vətəndaşların hansı yenilikləri, nə görmək istədiyini dəyərləndirir. Bu cəhətdən də dünyanın müxtəlif ölkələrində unikal tərəfdaşlıqlar həyata keçirilir. Şirkətin digər fəaliyyət istiqamətlərindən biri də gənc liderlərin yetişdirilməsi, püxtələşdirilməsidir. Bu həmin liderlərin yaşadığı cəmiyyət üçün də üstünlüklər vəd edir. Şirkətin Münxendə yerləşən ofisində mədəniyyətlərarası dialoqu öyrənmə qrupu yaradılıb ki, bunun sayəsində müxtəlif ölkələrə çıxışa nail olmuşuq. Bu bizim üçün təkcə maliyyə deyil, həm də ünsiyyət mədəniyyətlərini öyrənmək imkanı yaradır. Bunun sayəsində məqsədimiz bacarıq və qabiliyyətləri aşkar etməkdir.
“Orange Horizons” şirkətinin nümayəndəsi Sebastien Crozier kommunikasiya sahəsində inklüziv cəmiyyətin rolu mövzusunda məruzə ilə çıxış etdi. O, şirkət haqqında məlumat verərək 20-dək ölkədə fəaliyyət göstərdiklərini bildirdi. Bu, əsasən Afrika və Yaxın Şərqi əhatə edir. Nümayəndə bu coğrafiyada çətinliklərin mövcudluğunu nəzərə çatdırdı. Qeyd edildi ki, bu ölkələrdə təhlükə və çağırışlar həddindən artıq çoxdur. Əsasən mobil telefonlarda yaradılan sosial şəbəkələr vasitəsilə insanlar yeni əlaqə növləri yaradır, bilik və mədəniyyətlərini paylaşırlar. Bu da yeni cəmiyyətlərin və yeni cərəyanları formalaşdırır. Korporativ sosial mənsubiyyət bu cəhətdən vacib amil sayıla bilər. Bu amil insanları birləşdirir, əlaqələrin yaranmasına səbəb olur. Əsas olansa budur ki, insanlar arasında mədəni məqamların paylanmasına imkan yaranır.
“CEO Falcon Equity Group”un nümayəndəsi Holger Heims insanların daha açıq şirkətlərə üstünlük verdiyini diqqətə çatdırdı. Dünyada daha böyük transmilli şirkətlərin BMT-nin Sivilizasiyalar Alyansında iştirak hüququ qazandığını nəzərə çatdıran məruzəçi yaxın gələcəkdə kiçik şirkətlərin də bu sıraya qoşulması üçün müəyyən addımların atılmasının vacibliyini vurğuladı. Sonra məruzəçi Almaniyada miqrantların işlə təmin edilməsi problemi haqqında fikirlərini bölüşdü.
“Airbus Group İnternational”ın Avrasiya üzrə vitse-prezidenti Silvere Delaunay məruzəsində diqqəti dünyanın müxtəlif aviaşirkətlərinin, təyyarə istehsalçılarının inklüziv cəmiyyətlərdə birgəyaşama çağırış və məqsədlərinə cəlb edilməsinə yönəltdi. Bildirdi ki, forum bir çox problemlərin həllini ehtiva edəcək. Bu gün aviasiya sahəsində müxtəlif növ ekstremizmə, zorakılığa rast gəlinir. Bizim çalışdığımız sahədə mədəni müxtəliflik bu halların qarşısının alınmasına müsbət təsirini göstərə bilər. Birgəyaşayış, mədəniyyətlərin dialoqu dünyada sülhün bərqərar olmasına, əmin-amanlığa şərait yaradar. Buna görə də böyük şirkətlərdə müxtəlif millətlərin, xalqların öz bilik və bacarıqlarını birgə bölüşməsi birgəyaşama qaydalarına ən gözəl töhfə ola bilər.
Plenar iclasın sonuncu məruzəçisi - “Sülh naminə Guerrand-Hermes Fondu”nun (London) baş katibi Scherto Gill sülhün bir anlayış kimi ədalətlilik, müxtəliflik və bərabərliyi ehtiva etdiyini dilə gətirdi. Bildirdi ki, millətlərarası dostluq bir öhdəlik, fədakarlıqdır. İnsanlar dialoqlara açıq olmalıdırlar ki, bəşəri meyarlara nail olsunlar. Yekunda isə bu məqam icmaların zənginləşməsinə gətirib çıxarır.
Məruzələr zamanı insanların bərabər gəlirləri problemi ətrafında müzakirələrə də yer ayrıldı. Məruzəçilər dünyada insanların gəlirlərinin bərabərləşməsi prosesinə diqqətin artırılması fikirlərini irəli sürdülər.
Plenar iclaslar günün ikinci yarısında dəyirmi masalarda diskussiyalarla davam etdi.

Lalə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar