Biznes simpoziumun dəyirmi masa toplantılarından biri “Özəl sektorun dinlərarası anlaşmaya və sülhə töhfəsi” mövzusuna həsr olunmuşdu.
Dini Azadlıq və Biznes Fondunun prezidenti Brian Grimin moderatorluğu ilə keçirilən toplantıda mövzu ətrafında geniş fikir mübadiləsi aparıldı.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Südabə Zeynalova ölkəmizdə özəl sektorun inkişafı üçün yaradılan əlverişli şəraitdən söz açdı. Bildirdi ki, ölkədə 700 min insan sahibkarlıq fəaliyyəti ilə məşğuldur. 9,6 milyon əhalisi olan ölkə üçün bu, yaxşı göstəricidir. Azərbaycan dünyanın 140 ölkəsi ilə ticarət əlaqəsi qurub, ölkəmizdə xarici sərmayəyə əsaslanan 5700 şirkət var.
Müzakirələrdə çıxış edənlər təmsil etdikləri qurumlarda insanların birgə fəaliyyət göstərməsi üçün yaradılan şəraitdən, reallaşdırılan layihələrdən, ekstremizmə qarşı birgə mübarizədən söz açdılar. Qeyd olundu ki, təhsil ekstremizmlə mübarizə aparmağın vacib yollarından biridir. Biznes də insanları bir araya gətirən amillərdəndir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar