Ölkəmizin Özbəkistandakı səfirliyinin və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Daşkənddə özbək və rus dillərində çap edilən “Azərbaycanın mədəni irsi” adlı kitabın təqdimat mərasimi keçirilib.
Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetindəki (DDPU) Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzində baş tutan mərasimdə səfir Hüseyn Quliyev, Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, universitetin dosenti İsroil Şamsimuxammedov Azərbaycanın zəngin mədəni irsindən söz açıblar. Qeyd olunub ki, kitabda dünya mədəniyyəti incisi olan Azərbaycan xalçaları, muğam və aşıq sənəti, Novruz bayramı, xanımların baş örtüyü olan kəlağayılar, çövkən oyunu, milli musiqi alətləri və Özbəkistanda da çox sevilən milli kulinariyamız haqda dolğun informasiya verilib.
Sonra Azərbaycanın mədəni irsi və onun bəzi nümunələrinin ermənilər tərəfindən saxtalaşdırılması cəhdlərindən bəhs edən sənədli film nümayiş etdirilib. Qeyd olunub ki, nəşrin bir məqsədi də bu cür halların qarşısını almaqdır.
Kitabdakı bir sıra materiallar Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanıb, həmçinin mədəni irsimizin təbliği istiqamətində Heydər Əliyev Fondunun xarici ölkələrdə təşkil etdiyi tədbirlər haqqında məlumat verilib.
Kitabı özbək və rus dillərinə Usman Kuçkar və Babaxan Şərif tərcümə edib.
Çıxışçılardan sonra Özbəkistanın muğam ustası Davron Kadirov Azərbaycan və özbək dilində muğam parçaları ifa edib, Azərbaycan şairlərinin özbək dilinə tərcümə olunmuş şeirlərini səsləndirib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar