Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzdə “Multikulturalizm qaçılmazdır” mövzusunda seminar keçirilib.
Tədbiri mərkəzin elmi katibi Hüseyn İbrahimov açıb. Sonra İnnovasiyalar və yeni texnologiyaların tətbiqi şöbəsinin baş metodisti Toğrul Hidayətzadə “Multikulturalizmin tarixi və Azərbaycanda multikulturalizm” mövzusunda çıxış edib.
Bədii təhsil şöbəsinin metodisti Lalə Musayeva “Bakıda ilk qızlar məktəbinin yaranması və Azərbaycan musiqi mədəniyyətində qadın bəstəkarların rolu” adlı məruzəsində ölkəmizdə qadınların təhsilinin təşəkkül tapmasından söz açıb, Ağabacı Rzayeva, Şəfiqə Axundova, Ədilə Hüseynbəyli, Elza İbrahimova və Firəngiz Əlizadə kimi məşhur qadın bəstəkarlarımızdan bəhs edib.
Mədəniyyət təsisatları üzrə tətbiqi tədqiqatlar şöbəsinin metodisti Səbuhi Hüseynov “Kitabxanalarımızın müasir inkişaf xüsusiyyətləri: qanunvericiliyin bazası və oxucu problemi” adlı məruzəsində müasir dövrdə kitabxanalarda oxucu problemindən və onun həlli yollarından danışıb.
Mərkəzin direktor müavini Adilxan Bayramov, elmi katibi Hüseyn İbrahimov, şöbə müdirləri Sənan Talıbov, Rafiq Quliyev və digər əməkdaşlar seminarın mövzuları ətrafında çıxış ediblər. Tədbirə yekun vuran qurumun direktoru Asif Usubəliyev vurğulayıb ki, Azərbaycan multikultural siyasətini davam etdirir və dünyada müəyyən qarşıdurmalara baxmayaraq, multikulturalizm, birgəyaşayış qaçılmazdır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar