Aprelin 25-də Bakıda BMT-nin Sivilizasiyalar Alyansına (UNAOC) həsr olunmuş “Me, We, Us” (Mən, biz, bizə) kitabının təqdimat mərasimi keçirilib.

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan hökuməti adından Qlobal Forumun Bakıda keçirilməsinə verdikləri dəstəyə görə BMT-nin Sivilizasiyalar Alyansına təşəkkür edib.
Ölkəmizin mədəniyyətlərarası dialoqa böyük töhfələr verdiyini deyən nazir bu sahədə görülən işlərdən birinin də adıçəkilən kitabın hazırlanması olduğunu vurğulayıb. Bildirib ki, layihə Azərbaycan Prezidenti və Sivilizasiyalar Alyansının rəhbərliyi tərəfindən dəstəklənib. Kitabda mədəniyyətlərin sülh içində birgə yaşayışını, qarşılıqlı anlaşmanı nəzərdə tutan ideyalar və yanaşmalar yer alıb.
Bakının çox sayda tədbirlərə ev sahibliyi etdiyini deyən Ə.Qarayev bu ənənənin Heydər Əliyev Fondunun fəaliyyətinin əsas istiqamətlərindən biri olduğunu əlavə edib.
Daha sonra çıxış edən BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir müasir dünyada sivilizasiyalararası toqquşmaların çox ciddi problemlər yaratdığını diqqətə çatdırıb. Ali nümayəndə deyib ki, Sivilizasiyalar Alyansının əsas məqsədi müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin birgə yaşamasını təşviq etməkdir.
Kitabın mədəniyyətlərarası dialoqu təbliğ etmək baxımından çox dəyərli olduğunu deyən Nasir Əbdüləziz Əl-Nasir, eyni zamanda, bunun Azərbaycan və Sivilizasiyalar Alyansı arasında əməkdaşlığın bariz nümunəsi olduğunu diqqətə çatdırıb.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar