Mayın 3-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin yeni layihəsinə əsasən yaradılmış Sabunçu rayonu Asudə Vaxt Mərkəzinin açılışı olub. İdarənin rəis müavini Nazim Əliyev mərasimdə iştirak edib.
Mərkəzin direktoru Mehriban Bayramova iştirakçıları qurumda fəaliyyət göstərəcək dərnək və kurs otaqları ilə tanış edib.
Mərkəzin fəaliyyətinin məqsədi “Azərbaycan gəncliyi 2016-2020-ci illərdə” Dövlət Proqramının uğurla həyata keçirilməsi, bilikli, peşəkar, istedadlı gənclərin hərtərəfli inkişafını stimullaşdırmaq, əhalinin mədəniyyət, təhsil və digər sahələrdə maraqlarını təmin etməkdir. Mərkəzin gənclərin asudə vaxtının səmərəli təşkil olunması, yeniyetmələrin bilik və bacarıqlarının inkişafı, elmə həvəsləndirilməsi, həmçinin hərtərəfli inkişafı üçün fəaliyyət növləri mövcuddur.
Qeyd edək ki, yaxın zamanlarda növbəti Asudə Vaxt Mərkəzinin Yasamal rayonunda və il ərzində Bakının digər rayonlarında yaradılması nəzərdə tutulub. Rayonda fəaliyyət göstərən bütün mədəniyyət ocaqlarının (musiqi məktəbi, kitabxana, mədəniyyət evi və klublar) vahid koordinasiya mərkəzinə çevriləcək bu mədəniyyət ocağı əhalinin bütün təbəqələrinin maraq dairəsini əhatə edir.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar