Bakı Xoreoqrafiya Akademiyası Elmi Şurasının iclasında bir sıra məsəllər müzakirə olunub

Mayın 2-də Bakı Xoreoqrafiya Akademiyasında Elmi Şuranın geniş tərkibli iclası keçirilib. Akademiyanın rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev iclası açaraq bildirib ki, Azərbaycanda dövlət səviyyəsində bədii təhsilə, ələlxüsus da xoreoqrafiya təhsilinə, klassik və milli rəqs sənətlərinə göstərilən diqqət tədris ocağı qarşısında duran vəzifələrin icrasına daha məsuliyyətlə yanaşmanı və əlavə olaraq planlı şəkildə elm, təhsil və yaradıcılıq işlərinin görülməsini zəruri edir. Şura sədri elmi tədqiqat işlərinin planlaşdırılması ilə bağlı bir sıra məsələlərə toxunub, mədəniyyət və incəsənətin müxtəlif sahələrinin inkişafı üçün əhəmiyyət kəsb edən prioritet elm sahələrindən, akademiyada ilk dəfə olaraq magistr pilləsi üzrə təhsilin təşkili ilə bağlı qarşıda duran vəzifələrdən danışıb.
Qeyd edib ki, xoreoqrafiya sənətinin inkişafı üçün ən vacib elm və təhsil sahəsi pedaqogikadır və bu sahədə xarici təcrübədən istifadə mühüm məsələlərdən biridir. Bu baxımdan akademiyada dünya şöhrətli xoreoqrafların ustad dərslərinin əhəmiyyəti diqqətə çatdırılıb.
İclasda professor Tamilla Kəngərlinskayanın “Tələbə xoreoqrafların peşə hazırlığında pedaqogikanın rolu” mövzusunda elmi məruzəsi, yay imtahan sessiyasına hazırlıq və əmək intizamı barədə tədris işləri üzrə prorektor, dosent Sevda Sadıxbəyovanın, elmi tədqiqat və yaradıcılıq işlərinin vəziyyəti barədə prorektor, dosent Sonaxanım İbrahimovanın hesabatları dinlənilib.
Qeyd olunub ki, mayın 6-da akademiyada “Heydər Əliyev və Azərbaycan incəsənəti” mövzusunda respublika elmi-nəzəri konfransı, 16-20 may tarixlərində isə Qəmər Almaszadə adına klassik və milli rəqs üzrə I beynəlxalq müsabiqə keçiriləcək. 18-22 aprel tarixlərində keçirilmiş kastinqin nəticələrinə görə müsabiqədə Azərbaycan da daxil olmaqla 9 ölkədən 212 rəqqas iştirak edəcək. Müsabiqənin münsiflər heyətinə Azərbaycan və xarici ölkələrdən məşhur xoreoqraflar daxildir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar