Aprelin 27-dən 30-dək Çin Xalq Respublikasının Şanxay şəhərində İpək Yolu ölkələrinin ali musiqi (incəsənət) məktəbləri rektorlarının forumu keçirilib.

Şanxay Musiqi Konservatoriyasında təşkil olunan forumda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyeva da iştirak edib.
Üç seksiyada müzakirələrin aparıldığı forumda ADMİU-nun rektoru “Azərbaycan musiqi tədrisi və mədəni müxtəliflik” mövzusunda çıxış edib. Çin, Azərbaycan, Hindistan, Özbəkistan, Rusiya, Monqolustan, Pakistan, Qazaxıstan, İran, Macarıstan, Belarus musiqi və incəsənət ali məktəblərinin rektorlarının iştirakı ilə musiqi mədəniyyətlərinin mübadiləsi, ənənəvi musiqi irsinin qorunmasında ali məktəblərin rolu, musiqi tədrisinin ənənə və gələcəyi mövzularında dəyirmi masalar keçirilib.
Tədbir çərçivəsində müasir təhsil sistemi haqqında qarşılıqlı təcrübə mübadiləsi, gələcək elmi və mədəni əməkdaşlıqla bağlı danışıqlar aparılıb.
ADMİU-nun rektoru Şanxay Musiqi Konservatoriyası, Qazaxıstan Milli İncəsənət Universiteti, Hindistan Musiqi, Rəqs və Dram Akademiyası, Macarıstan List Musiqi Akademiyası, Belarus Dövlət Musiqi Akademiyası, Monqolustan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin rəhbər şəxsləri ilə görüşlər keçirərək ənənəvi və klassik musiqi sənətinin tədrisi problemləri ilə bağlı fikirlərini bölüşüb. Sonda forumun bəyannaməsi imzalanıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar