Ankarada “Yeni Türkiyə” Strateji Araşdırmalar Mərkəzində görkəmli alim, akademik Tofiq Hacıyevin (1936-2015) anadan olmasının 80 illiyi ilə bağlı anım mərasimi keçirilib.
Türkiyə və Azərbaycanın ziyalılarının, tanınmış elm adamlarının iştirak etdiyi toplantıda Tofiq Hacıyevin həyat və yaradıcılığına həsr edilmiş film nümayiş etdirilib.
Tədbirdə çıxış edən Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Həsən Calal Gözəl, Qazi Universitetinin professoru Mehman Musaoğlu, Hacettepe Universitetinin professoru Gülay Mirzəoğlu və digərləri akademik Tofiq Hacıyevin zəngin elmi və pedaqoji fəaliyyəti, yüksək insani keyfiyyətləri haqqında danışıblar.
Qeyd edilib ki, Tofiq Hacıyev Azərbaycanda dilçilik elmi və türkologiyanın inkişafında mühüm rol oynayıb.
Türkiyəli alimlər Şükrü Haluk Akalın, Hamza Zülfüqar və digərləri diqqətə çatdırıblar ki, Tofiq Hacıyevin elmi fəaliyyəti bütün türk dünyasında dilçilik elminin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Bildirilib ki, Tofiq Hacıyevin elmi və pedaqoji fəaliyyəti uzun müddət geniş tədqiqatların mövzusu olacaq. Professor Bilgehan Atsız Gökdağ və azərbaycanlı tədqiqatçı Nazim Muradovun birgə hazırladıqları “Türklük elmində bir ömür” adlı kitab bu istiqamətdə ilk addımlardan biri kimi dəyərləndirilib.
Kitabda Türkiyə və Azərbaycanın nüfuzlu ziyalıları, elm adamları, görkəmli filoloqlar Tofiq Hacıyevlə bağlı xatirələri və məqalələrinə yer verilib.
Alimin oğlu Azər Hacıyev çıxış edərək tədbirin təşkili və kitabın işıq üzü görməsində əməyi olanlara minnətdarlığını bildirib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar