Ölkəmiz Daşkənddə ənənəvi festivalda təmsil olunub

Daşkənddəki ingilisdilli Beynəlxalq Vestminster Universitetində ənənəvi “Xalqların mədəniyyəti və adət-ənənələri” adlı festival keçirilib. Tədbir çərçivəsində Özbəkistanda fəaliyyət göstərən xarici ölkələrin səfirlikləri və mədəniyyət mərkəzləri öz guşələrini təqdim ediblər.
Ölkəmizi tədbirdə Özbəkistandakı səfirliyimizin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) təmsil edib.
Açılış mərasimində universitetin rektoru Kamilcon Karimov çıxış edərək festivalın əhəmiyyətindən danışıb, belə tədbirlərin mədəniyyətlərarası dialoqun, müxtəlif ölkə gəncləri arasında dostluğun möhkəmlənməsində önəmini vurğulayıb.
Ölkəmiz üçün ayrılmış guşədə Azərbaycan mədəniyyətinə dair stend, Qarabağ geyimləri, ölkəmizin müxtəlif regionlarında toxunmuş xalçalar nümayiş etdirilib. Azərbaycan guşəsində təşkil olunmuş sərgidə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, “Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı əsərlər də yer alıb. Azərbaycanın mədəniyyəti və turizm gözəlliklərindən bəhs edən videoçarx nümayiş olunub. Milli musiqi və məişət əşyalarımız, eləcə də AMM-in naxıştikmə və rəsm dərnəyi üzvlərinin əl işləri və suvenirlər də maraqla qarşılanıb.
Azərbaycan guşəsinə gələnlərə ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatı haqqında kitab və jurnallar hədiyyə olunub.
Festivalda fəal iştirak edən qurumlara, o cümlədən Azərbaycan Mədəniyyət Mərkəzinə diplomlar verilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar