Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Nardaran qəsəbəsindəki 295 və 130 nömrəli orta məktəb şagirdlərinin “Azər-İlmə” xalçaçılıq şirkətinə və Hərb Tarixi Muzeyinə ekskursiyasını təşkil edib.
Hər iki məktəbin 9-cu sinif şagirdləri əvvəlcə “Azər-İlmə”nin xalça qalereyası ilə tanış olublar. Milli xalça sənətimiz barədə məktəblilərə məlumat verən bələdçi xalçaçılığın tarixindən, növlərindən söhbət açıb. Xalçanın toxunması prosesini öz gözləri ilə görən şagirdlər toxuculara və bələdçiyə bu sənətin incəlikləri ilə bağlı suallar veriblər. Məktəbli qızlar hanada olan xalçaya ilmə atmaqla sənət əsərində izlərini qoymaqdan məmnun olublar.
Sonra şagirdlər Dövlət Hərb Muzeyində olublar. Muzeydə Azərbaycanın hərb tarixi şagirdlərin gözləri önündə canlanıb. Azərbaycanın ilk generalları haqqında məlumat verən bələdçini maraqla dinləyən şagirdlər muzeydə onların mundirlərini görüb, müxtəlif dövrlərdə istifadə edilən silahlarla tanış olublar. Xanlıqlar dövrü zalı ilə tanışlıq, Hərbi Dəniz Qüvvələri zalında dənizçilərin istifadə etdiyi cihazlar, eləcə də muzeyin həyətində nümayiş olunan hərbi texnika məktəblilərin xüsusi marağına səbəb olub.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar