Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Hüseynqulu Sarabski adına Mədəniyyət evinin kollektivi 9 May - faşizm üzərində Qələbənin 71-ci ildönümü münasibətilə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin mühafizə alayında konsert proqramı ilə çıxış edib.
Xidmətin tərbiyə işinin təşkili idarəsinin rəisi, ədliyyə polkovnik-leytenantı İntiqam Əliyev, mühafizə alayının komandirinin tərbiyə işləri üzrə müavini, ədliyyə mayoru Əfqan Nəbiyev və Mədəniyyət evinin direktoru Tərlan Akçay çıxış ediblər.
Çıxışlarda qeyd edilib ki, II Dünya müharibəsi bəşər tarixinin qanlı müharibəsi, ən ağır dövrü olub. Həmin illərdə Azərbaycan xalqı həm ön cəbhədə, həm də arxa cəbhədə böyük qəhrəmanlıq göstərib.
Tədbirin bədii hissəsi Əməkdar artist Ağalar Bayram, vətənpərvər müğənnilər Şəmistan Əlizamanlı və Yaqut Babayevanın çıxışları ilə davam edib. Sənətçilərin vətənpərvərlik ruhunda ifa etdikləri şeir və mahnılar əsgərlərdə ruh yüksəkliyi yaradıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar