Mayın 5-də Binəqədi Rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatının birgə təşəbbüsü ilə ümummilli liderin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev müasir Azərbaycanın memarı və qurucusudur” mövzusunda elmi-nəzəri konfrans keçirilib.
Konfransda Milli Məclisinin üzvləri Nizami Cəfərov, Şəmsəddin Hacıyev, Eldar İbrahimov, Mixail Zabelin, Elman Nəsirov məruzələrlə çıxış ediblər. Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov “Heydər Əliyevin idarəetmə məktəbi” mövzusunda çıxış edib.
Çıxışlardan sonra C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi ümummilli liderin irsinin öyrənilməsi və təbliğində xidmətlərinə görə rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif olunub. Teatrın direktoru İftixar Piriyev ulu öndərin həyat və fəaliyyətinə həsr etdiyi poema və pyeslərə, həmçinin ümummilli liderin bədii obrazının ifasına görə mükafatlandırılıb. Teatrın rəhbəri kollektivə göstərilən diqqətə görə təşəkkürünü bildirib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar