Sumqayıtda Nəriman Nərimanov adına Mədəniyyət mərkəzində Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş “Heç kim unudulmur, heç nə yaddan çıxmır” adlı tədbir keçirilib. Tədbirdə Böyük Vətən müharibəsi (1941-1945) veteranları da iştirak ediblər.
Şair Əşrəf Veysəlli, İbrahim İlyaslı, Xatirə Fərəcli, publisist Eyruz Məmmədov çıxış edərək müharibənin insanlara vurduğu zərbələrdən danışıb, tarix boyu heç bir millətə xoşbəxtlik gətirmədiyini bildiriblər. Qeyd ediblər ki, müharibə yalnız bir halda qaçılmaz ola bilir, o da torpaq işğala məruz qalanda. Bizim borcumuz o torpaqları işğaldan qurtarmaq, şəhidlərin intiqamını alaraq ruhlarını sevindirməkdir.
Öz xatirələrini tədbir iştirakçıları ilə bölüşən veteranlar müharibədə əsgər və zabitlərin döyüş əzminin, yüksək əhval-ruhiyyədə olmasının vacibliyini vurğulayıblar.
Aşıq Elməddin Məmmədlinin ifasında “Misri” saz havası, müğənnilər Leyla Məmmədlinin, Asif Abdullayevin ifasında “Sarı gəlin”, “Bura vətəndir” mahnıları, Fidan Babayevanın səsləndirdiyi “Sevin Azərbaycanı” şeiri tədbirə xüsusi ovqat qatıb, kövrək anlar yaşadıb.
Aprelin əvvəlində cəbhədə qəhrəmancasına həlak olmuş Əbdülməcid Axundovun anası Ceyran Axundova çıxış edərək şəhidlərin qəhrəmanlığının gələcək nəsillərə çatdırılmasında belə tədbirlərin əhəmiyyətini vurğulayaraq tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. Şəhidlərin xatirəsinə ehsan süfrəsi açılıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar