Mayın 6-dan 8-dək Türkiyənin Bolu şəhərində muzeydə II Beynəlxalq İpək Yolu Musiqi Konfransı keçirilib. TÜRKSOY, MÜZED (Musiqi Pedaqoqları Dərnəyi), TÜRKMEB (Türk Dünyası Musiqi Birliyi) və Abant İzzət Baysal Universitetinin təşkilatçılığı ilə gerçəkləşən tədbirdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Koreya, eləcə də Amerika və Avropa ölkələrindən 200-dən yuxarı musiqişünas bir araya gəlib.
Konfransın açılış mərasimində TÜRKMEB-in baş katibi Uyğur Alpaqut, MÜZED-in rəhbəri Refik Saydam, TÜRKMEB-in fəxri direktoru Əli Uçan, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Abant İzzət Baysal Universitetinin rektoru Hayrı Coşkun, Bolu bələdiyyə başqanı Ələddin Yılmaz və Bolu valisi Aydın Buruş çıxış edərək qonaqları salamlayıblar.
TÜRKSOY-un baş katibi İSME və İCTM kimi musiqi sənəti üzrə önəmli beynəlxalq təşkilatların türk dünyası ilə yaxınlaşması istiqamətində həyata keçirilən layihələrdən söz açıb, bu istiqamətdə Azərbaycan və Qırğızıstanın İSME-yə üzv olma prosesinin başladığını bildirib.
Qırğızıstan Beynəlxalq Konservatoriyasının rektoru Muratbek Beqaliyev Avropa ilə Asiyanı bir-birinə bağlayan İpək Yolunun önəmindən bəhs edib.
Tədbir zamanı Düsen Kaseinovun Bolu bələdiyyə başqanı ilə görüşü keçirilib. Söhbət zamanı TÜRKSOY “İncəsənət kəndi”nin qurulması və orada yer alan evlərə türk xalqları arasından çıxan dünya şöhrətli bəstəkarların adlarının verilməsi və bu yolla da ulu şəxsiyyətlərin həm tanıdılması, həm də adlarının əbədiləşdirilməsinin əhəmiyyəti vurğulanıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar