Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan Səbail rayon MKS-nin 1 saylı filialında Nizami Gəncəvinin 875 illik yubileyinə həsr olunmuş “Ədəbiyyatın sönməz günəşi” adlı tədbir keçirilib. Tədbirdə filologiya elmləri doktoru, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin müdiri Nüşabə Araslı dahi şairin ədəbi irsi haqqında geniş məlumat verib. 16, 91 nömrəli orta məktəblərin şagirdləri Nizaminin poema və şeirlərindən parçalar söyləyib, ədəbi-bədii kompozisiya təqdim ediblər.
* * *
Səbail rayon MKS-nin 2 saylı filialında isə "Vətənpərvərlik saatları" adlı tədbir keçirilib. Tədbirdə Nəsimi rayonu şəhid Namiq Axundov adına məktəb və Səbail rayon şəhid Rahib Məmmədov adına 7 saylı orta məktəbin şagirdləri iştirak edib. Kitabxananın müdiri Rəhilə Rzayeva, kitabxananın işçisi Mahirə Kazımova vətənpərvərlik mövzusunda çıxış ediblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar