Xəbər verdiyimiz kimi, noyabrın 15-də Keniyanın paytaxtı Nayrobidə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 5-ci sessiyası işə başlayıb. Sessiyada mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edir.
Sessiyanın gündəm mövzularından biri UNESCO-ya üzv olan ölkələr tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilmək üçün təqdim etdikləri namizədlik fayllarının müzakirəsi olub. Məlum olduğu kimi, Azərbaycan xalçası da UNESCO-nun bu mötəbər siyahısına daxil edilmək üçün təqdim olunmuşdu. Azərbaycan tərəfi bu yöndə xeyli müddət idi ki, təşkilat çərçivəsində müvafiq iş aparırdı.
Nəhayət, bu işlər öz nəticəsini verdi və Nayrobidə keçirilən sessiyada Azərbaycan xalçasının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi barədə qərar qəbul edildi. Xatırladaq ki, bundan öncə Azərbaycan muğamı, Azərbaycan Aşıq sənəti və Novruz bayramı bəşəriyyətin qeyri-maddi mədəni irs nümunələri siyahısına daxil edilib. Bu gün isə biz Azərbaycan xalça sənətini dünyanın qeyri-maddi mədəni irsinin inciləri sırasında görürük. Bu hadisə xalça sənətinin Azərbaycan mədəni irsinin ən qədim nümunələrindən biri kimi beynəlxalq səviyyədə təsdiqidir.
Qeyd edək ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 5-ci sessiyasının gündəliyinə ümumilikdə 29 ölkədən 47 qeyri-maddi mədəni irs nümunəsi təqdim edilmişdi. Müzakirələr nəticəsində bu təqdimatların hamısı qəbul edilib. Türkiyənin qədim Kırkpınar güləş festivalı və Bektaşi Səmavi ayini də UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Mövlana Cəlaləddin Ruminin əsasını qoyduğu və XIII əsrdən etibarən Konya şəhərində nümayiş etdirilən Səmavi rəqsləri və Ədirnədə hər il keçirilən güləş festivalı bütün dünyada məşhurdur.
Bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilən mədəni irs nümunələri sırasında Belçikanın Alosta karnavalı, ispan flamenqo rəqsi, Pekin operası, Kaşanda (İran) xalça toxuma üzrə ənənəvi vərdişlər, Çində ağacdan hazırlanmış yığma şrifti ilə mətbəə, Xorvatiyada orkanye nəğmələri və s. də var.
Ümumilikdə UNESCO-nun Nayrobidəki toplantısında qəbul edilən qərarlardan sonra bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısında müxtəlif ölkə və xalqların mədəni irsinə aid nümunələrin sayı 213-ə çatıb. Qeyri-maddi mədəni irsin qorunması haqqında Konvensiyaya uyğun olaraq, qədim dillər, xalq ənənələri, müxtəlif ayinlər, sənətkarlıq və şifahi xalq yaradıcılığı bu irsə aid edilib.
UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 5-ci sessiyası işə bu gün (19 noyabr) işini başa vuracaq.