Azərbaycanlı musiqiçilər Ramiz və Eyyub Quliyevlər yanvarın 16-da Polşanın Lüblin şəhəri Filarmoniyasının səhnəsində öz çıxışları ilə dinləyiciləri sehrləyiblər. Onların konserti yerli dinləyicilərin o qədər xoşuna gəlib ki, ora toplaşan auditoriya musiqiçilərimizi səhnədən buraxmaq istəməyib və bir neçə dəfə “bis”ə dəvət ediblər.

  Azərbaycanın xalq artisti, tarzən Ramiz Quliyev və beynəlxalq müsabiqələrin laureatı, prezident təqaüdçüsü, dirijor Eyyub Quliyev öz konsertlərini Polşanın ən yaxşı musiqi kollektivlərindən biri - Lüblin Orkestri ilə birlikdə veriblər. E.Quliyevin rəhbərliyi altında orkestr Qərb və rus bəstəkarlarının -  K.M.Veber (“Oberon” operasının uvertürası) və P.Çaykovskinin (Beşinci simfoniya) klassik əsərlərini ifa ediblər. Konsertin ikinci hissəsində isə tarzən R.Quliyev Azərbaycanın gözəl bəstəkarı Hacı Xanməmmədovun tar və simfonik orkestr üçün yazdığı musiqini ifa edib. E.Quliyevin sözlərinə görə, R.Quliyevin çıxışı polyaklara o qədər təsir etmişdi ki, bundan sonra o, orkestrlə birlikdə məşhur polyak əsəri “Polonez”i xüsusi olaraq ifa edib. Bu ifanı zal ayaq üstə dinləyib.
Çıxışdan sonra Lüblin Filarmoniyasının rəhbərliyi yeni müştərək konsertlərin həyata keçirilməsi təklifi ilə müraciət edib. Azərbaycan musiqiçilərinin