YUNESKO-nun baş direktoru Koişiro Matsuura Bakıya gələcək
Bildiyimiz kimi, martın 17-dən 25-dək Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə «Muğam aləmi» adlı Beynəlxalq Festival keçiriləcək. Bu böyük mədəniyyət hadisəsi, milli sərvətimiz olan muğamın dünya mədəniyyətinin tərkib hissəsi olduğunun bir daha sübutudur.
Azərbaycanda ilk dəfə keçiriləcək I Beynəlxalq Muğam Festivalı çərçivəsində Beynəlxalq Muğam Simpoziumu da keçiriləcək. Bu barədə məlumat verən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, üç günlük simpoziumda dünyanın tanınmış alimləri və musiqişünasları da iştirak edəcək: ”2009-cu ildə Bakının İslam mədəniyyətinin paytaxtı elan olunması ilində mədəniyyətlə, dillə, təhsillə bağlı silsilə tədbirlər keçiriləcək.
Artıq neçə vaxtdır ki, biz buna hazırlıq görürük.
Bunun da səbəbi muğama kompleks şəkildə yanaşmaqdır.
İlk dəfə olaraq eyni müddətdə festival adı altında üç böyük tədbir keçiriləcək. Ayrılıqda götürsək onların hərəsi böyük bir hadisədir. Biz bunun hamısını birləşdirib eyni vaxtda keçirməyi qərarlaşdırdıq.
Muğam Festivalının açılışı Beynəlxalq Muğam Mərkəzində həyata keçiriləcək. Festival çərçivəsində gün ərzində iki konsert olacaq. Festival müddətində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Azərbaycan Dövlət Filarmoniyasında, Musiqili Komediya Teatrında muğamla əlaqədar olaraq tamaşalar göstəriləcək. Martın 18-dən 25-dək respublikanın bütün mədəniyyət müəssisələrində muğam aləmini təqdim edəcəyik. Bu dəfə biz artıq geniş ictimaiyyətin bu konsertlərə daxil olmasına imkan yaradacağıq. Belə ki, festivalın hər konserti üçün biletləri satışa çıxaracağıq. Bu biletlərin satışı bütün teatrların kassalarında və şəhərin bilet satışı mərkəzlərində həyata keçiriləcək. Festivalda 150-200 nəfər arasında tanınmış musiqiçi, alim, müxtəlif beynəlxalq qurumların nümayəndələrinin iştirakı gözlənilir.
Beynəlxalq Muğam Festivalında 35 yaşına qədər incəsənət xadimləri, muğam ifaçıları, müğənnilər iştirak edə biləcəklər. Çox yüksək səviyyəli mükafatlar təqdim olunacaq.
Bakıda keçiriləcək “Muğam aləmi” Beynəlxalq Musiqi Festivalı - 2009”un açılış mərasimində YUNESKO-nun baş direktoru Koişiro Matsuura da iştirak edəcək.
Bu festivalda həm YUNESKO, həm də İSESKO-nun, eyni zamanda dünyada xalq yaradıcılığı ilə məşğul olan qurumlardan ən tanınmış alimləri, ziyalıları iştirak edəcək. Bu tədbirlərə YUNESKO-nun Qeyri Maddi-Mədəni İrs Komissiyasının bütün üzvləri gələcək. Onların burada olması bizim üçün çox önəmlidir. Martın 20-də bütün qonaqların respublika rəhbərliyinin iştirakı ilə paytaxtda keçiriləcək şənliklərdə iştirakını təşkil edəcəyik.
Bu müddət ərzində Novruz bayramının YUNESKO-nun Mədəni İrs Siyahısına salınması üçün təqdimat keçiriləcək. Bununla yanaşı artıq bu siyahıya salınması üçün təqdim olunmuş aşıq musiqisi nümunələrinin və Azərbaycan xalçalarının da təqdimatını daha geniş şəkildə həyata keçirəcəyik.”
Turan