Gənc Pianoçuların Ümumrespublika Müsabiqəsinin birinci turuna start verilib. Bu mərhələdə seçim iştirakçıların təqdim etdikləri videoyazıya görə aparılacaq. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə üç yaş qrupu arasında keçirilən yarışma iki turdan ibarətdir. Uşaq və yeniyetmələrin qatıldığı müsabiqəyə aprelin axırlarında yekun vurulacaq. Məqsəd respublikada fortepiano ixtisası üzrə musiqi təhsilinin inkişaf etdirilməsi, gənc istedadların üzə çıxarılması, uşaq və yeniyetmələrin estetik tərbiyəsinin və ifaçılıq səviyyəsinin yüksəldilməsidir. Münsiflər heyətinin qərarına əsasən, müsabiqə qaliblərinə diplom və mükafatlar təqdim ediləcək.