«Kainat» Gənclik Mərkəzi ənənəvi olaraq Uşaq Muğam Festivalının seçim turuna start verib. Məlumat üçün bildirək ki, on dörd ildir keçirilən müsabiqədə 16 yaşı tamam olmayan istedadlı yeniyetmələr iştirak edirlər. Müsabiqənin məqsədi istedadlı uşaqların üzə çıxmasına təkan vermək, onların muğama olan marağını artırmaqdır. Uşaq Muğam Müsabiqəsinin son seçim turu mayın 17-də Bakı, Sumqayıt və Xırdalan şəhərlərində keçiriləcəkdir. Respublika İncəsənət Gimnaziyasında həyata keçiriləcək final yarışlarında 15 istedadlı gəncin iştirakı gözlənilir. Qaliblərə müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim ediləcək.