Mayın 7-də 38 saylı gözdən əlillər üçün Uşaq Musiqi Məktəbi ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü ilə əlaqədar, gözdən əlil uşaqlar üçün respublika orta internat məktəbinin zalında tədbir keçirilib. Məktəbin direktoru Əsab Əliyevin verdiyi məlumata görə, tədbirdə məktəb şagirdləri şeir söyləyib, qarmon, tar və fortepianoda ifa ediblər. Azərbaycanın Gözdən Əlillər Cəmiyyətinin rəhbərliyi və Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin nümayəndələrinin dəvət olunduğu bu tədbirdə xanəndəlik sinfinin tələbələri də iştirak və çıxış ediblər.
   “Mədəniyyət”