Azərbaycanın gənc caz pianoçusu, İsveçrənin Montro şəhərində keçirilən nüfuzlu Beynəlxalq Caz Festivalının qalibi İsfar Sarabski yaxın günlərdə dünya turnesinə çıxacaq. Avropada və ABŞ-da silsilə konsertlər verəcək. Səfər Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və Montro Caz Fondunun təşkilatçılığı ilə baş tutacaq. Montro Caz Festivalının qalibi İsfar Sarabski Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsidir.