Azərbaycan Kültür Mərkəzinin təşəbbüsü ilə Türkiyədə silsilə muğam konsertləri keçiriləcək. Mərkəzdən verilən məlumata görə, layihə "Türkiyədə muğam fırtınası" adı altında baş tutacaq. Konsertlərdə Azərbaycanın gənc muğam ifaçıları Mütəllim Dəmirov və İlahə İbadova çıxış edəcəklər.
İlk konsertin sentyabrın 22-də İqdırda keçirilməsi nəzərdə tutulur. Daha sonra Qars, Ankara, İzmir və İstanbulda muğam konsertlərinin təşkili gözlənilir.
İlk konsertin sentyabrın 22-də İqdırda keçirilməsi nəzərdə tutulur. Daha sonra Qars, Ankara, İzmir və İstanbulda muğam konsertlərinin təşkili gözlənilir.