Türkiyədə yaşayan instrumentalçı soydaşımız, milli musiqi alətimiz balabanı bütün dünyada məşhurlaşdırmış Əlixan Səmədov Bakıda konsert verməyi planlaşdırıb.
   Konsertin təşkilatçısı, Dünya Azərbaycanlıları ictimai mərkəzinin rəhbəri Zaur Mirzəzadənin bildirdiyinə görə, tamaşaçılar üçün möhtəşəm proqram hazırlanır.
   Heydər Əliyev Sarayında keçiriləcək konsert noyabrın axırıncı ongünlüyündə - Qurban bayramı ərəfəsində nəzərdə tutulub. Bakı tamaşaçılarına bayram sovqatı olacaq bu konsert üçün ciddi hazırlıq işləri görülür.