"Təhsil" nəşriyyatında "Ulduz" jurnalının yeni nömrəsi işıq üzü görüb. Nəşr akademik İsa Həbibbəylinin ötən nömrə haqqında qələmə aldığı "Geniş yaradıcılıq imkanları və təkamül zərurəti" adlı ekspert yazısı ilə açılır. "Şeir vaxtı", "Nəsr", "Debüt", "Tərcümə saatı", "Hücrə" və digər rubrikalarda maraqlı yazılar, şeir və nəsr əsərləri, tərcümələr yer alıb.
Jurnalın budəfəki nömrəsində ənənəvi olaraq əlavə kitablar - Hüseynbala Mirələmovun "AYBkitab" layihəsi çərçivəsində nəşr olunmuş "Axirətdən gələn zəng" və Buludxan Xəlilovun "İsmayıl Şıxlı: müəllim haqqında müəllim sözü" kitabları çap olunub.