Aprelin 16-da “Muğam ocağı”nda Opera və Balet Teatrının solisti, Əməkdar artist Gülüstan Əliyevanın “Yadıma düşürsən” diskinin təqdimetmə mərasimi keçirildi. Tədbir iştirakçılarını salamlayan “Elitar cəmiyyət” jurnalının baş redaktoru Rəşad Xəlilov, “Prezident info” jurnalının baş redaktoru Vəfa Abbasova Gülüstan xanımın yaradıcılıq uğurlarından söhbət açdı.
Gülüstan Əliyeva “Yadıma düşürsən” diski uzun fasilədən, 10 ildən sonra ərsəyə gəldiyini bildirdi: “Bu illər ərzində ifa etdiyim bəstəkar mahnılarını toplayıb dinləyicilərimə təqdim etmişəm. Diskdə Tofiq Quliyevin, Cahangir Cahangirovun, Faiq Sücəddinovun və bir çox başqa bəstəkarlarımızın mahnıları yer alıb”.
Gülüstan Əliyeva yaxın zamanda təsnif və muğamlardan ibarət yeni bir diskini də dinləyicilərin ixtiyarına verəcəyini dedi.
Onu da qeyd edək ki, toplu müğənninin iki DVD və CD diskindən ibarətdir. “Yadıma düşürsən” albomu “STS prodakşn” studiyasında hazırlanıb.
Yeganə