![](/img/news/700x420/3314.jpg)
Gülüstan Əliyeva “Yadıma düşürsən” diski uzun fasilədən, 10 ildən sonra ərsəyə gəldiyini bildirdi: “Bu illər ərzində ifa etdiyim bəstəkar mahnılarını toplayıb dinləyicilərimə təqdim etmişəm. Diskdə Tofiq Quliyevin, Cahangir Cahangirovun, Faiq Sücəddinovun və bir çox başqa bəstəkarlarımızın mahnıları yer alıb”.
Gülüstan Əliyeva yaxın zamanda təsnif və muğamlardan ibarət yeni bir diskini də dinləyicilərin ixtiyarına verəcəyini dedi.
Onu da qeyd edək ki, toplu müğənninin iki DVD və CD diskindən ibarətdir. “Yadıma düşürsən” albomu “STS prodakşn” studiyasında hazırlanıb.
Yeganə