İyunun 2-də Niyazinin ev-muzeyində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən Klassik Musiqisevərlər Klubunun tədbiri keçirilib. Tədbirdə Azərbaycanda yeganə olan “Sehrli simlər” klassik gitara ansamblının bədii rəhbəri Elmar Sultanov ansambl haqqında məlumat verib. Konsertdə ansamblın ifasında Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Motsartın əsərləri səsləndirilib.