Gənclər və İdman Nazirliyinin dəstəyi, “Kainat” Gənclik Mərkəzinin təşkilatçılığı ilə respublikamızda II Beynəlxalq Uşaq Muğam Festivalı keçirilir. 
   Tədbirə 16 yaşınadək xalq mahnılarımızı və muğamlarımızı ifa etməyi bacaran uşaqlar qatılıblar. Festivala Türkiyə, Hindistan, Özbəkistan və Türkmənistandan da iştirakçılar dəvət olunublar.
   Qeyd edək ki, festivalın münsiflər heyəti mayın 19-da Ağcabədidə Gəncəbasar, Qarabağ bölgələri üzrə iştirakçılar arasında seçim aparmışdı. Növbəti seçim isə iyunun 26-da Qəbələdə Şirvan bölgəsi (Şamaxı, İsmayıllı, Göyçay, Ağsu rayonları) üzrə aparılıb. Hər iki turda finala vəsiqə qazanmış uşaqlar oktyabrda Bakıda keçiriləcək final mərhələsində öz bacarıqlarını nümayiş etdirəcəklər. 
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar