Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Şanxayda keçiriləcək “Expo -2010” beynəlxalq musiqi festivalında iştirak edəcək. Bu barədə orkestrin bədii rəhbəri, Xalq artisti Teymur Göyçayev məlumat verib. O bildirib ki, bu ilin oktyabr ayında keçiriləcək festivala Azərbaycanın Kamera Orkestri Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə qatılacaq. Festivalda iştirak etmək üçün orkestrin 20 nəfərdən ibarət heyəti Şanxaya gedəcək.