Uşaq Yaradıcılığının Beynəlxalq Forumunun təşkilatçılığı ilə Vyanada (Avstriya) beşinci dəfə festival-müsabiqə keçirilib. "Vyana bürcləri: musiqi, ahəng, incəsənət" devizi altında baş tutan müsabiqəyə müxtəlif ölkələrdən uşaq yaradıcılıq qrupları qatılıblar.

Müsabiqədə Azərbaycanı „“Şərq çırağı” Uşaq Yaradıcılıq Mərkəzinin azyaşlı uşaqlardan ibarət rəqs qrupu təmsil edib. Festival-müsabiqədə uğurla çıxış edən Azərbaycanın kiçik rəqqasları milli xoreoqrafiya janrı üzrə 1-ci, milli rəqs üzrə (duet) 2-ci və estrada janrı üzrə (solo) ikinci yerə layiq görülüblər.

2005-ci ildə yaradılan mərkəzdə rəqs qrupları ilə yanaşı, vokal və teatr studiyaları da fəaliyyət göstərir. Mərkəzin direktoru İradə Əlizadənin bildirdiyinə görə, rəqs qrupları indiyədək Türkiyə, ABŞ, Macarıstan, Çexiya və Gürcüstanda, eləcə də ölkəmizin bölgələrində uğurlu çıxışlar edib: «Mərkəzdə üç yaş dərəcəsində rəqs qrupları fəaliyyət göstərir. Sevindirici haldır ki, azyaşlı uşaqlardan ibarət qrup elə ilk xarici səfərində uğurla çıxış edərək, beynəlxalq festivalın ən yüksək pilləsinə yüksəlib».







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar