İyulun 25-də avqustun 5-dək Qəbələdə keçiriləcək Beynəlxalq Musiqi Festivalı çərçivəsində yeni layihənin təqdimatı olacaq. “Yeni Fəaliyyət - Yeni Tamaşaçılar” adlı layihə cənub-şərqi Avropa regionunda yerli tərəfdaşlarla birgə həyata keçirilən və geniş tamaşaçı auditoriyasına Böyük Britaniyanın incəsənət nümunələrini təqdim edən layihələrdən biridir. Bu layihə avqustun 1-dən 6-dək davam edəcək.
   
   Festivalın qonaqlarından olan London Kral Filarmonik Orkestri özünün təlim sahəsində dünya şöhrətli komandası British Council ilə birgə Bakının Mərdəkan qəsəbəsində yerləşən 2 saylı uşaq evinin gənc orkestr üzvlərinə (dirijor Rafael Əzimovun rəhbərliyi altında) ustad dərsləri keçəcək. Layihənin məqsədi London Kral Filarmonik Orkestri ilə birbaşa təmas yaradaraq və sənət nümunələrini nümayiş etdirərək gənc musiqiçiləri ruhlandırmaq, bəstəkarlıq bacarıqlarını və improvizasiya texnikalarını inkişaf etdirməkdir. Bundan başqa, dünya şöhrətli Tim Steynerin rəhbərliyi altında gənc musiqiçilərin orijinal bəstə üzərində işləyərək mədəniyyətlərarası əlaqəni, müxtəlif janrların sintezini, improvizasiya bacarıqlarını inkişaf etdirmək imkanı olacaq.
   Qəbələdə Beynəlxalq Musiqi Festivalının rəhbərliyində yer alan məşhur musiqiçi Dmitri Yablonski London Kral Filarmonik Orkestrinin tədbirə qatılmasını yüksək qiymətləndirib: “Bu böyük şərəfdir ki, London Kral Filarmonik Orkestri festivalda iştirak etməyə razılıq verdi. Bu orkestr nəinki dünyanın ən yaxşı simfonik orkestri, həmçinin öz ölkəsinin xüsusi təmsilçisidir. Festival British Council ilə sıx əməkdaşlıq edərək Bakıdakı uşaq evinin istedadlı gənc musiqiçilərinə kömək edəcəkdir”.   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar