Təhsil Nazirliyi və Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi ilə əlaqədar sənətkarın “Xalq musiqisinin əsasları” dərsliyinin DVD diski latın qrafikasında nəşr ediləcək.
"Musiqi dünyası” jurnalının baş redaktoru, professor Tariyel Məmmədov bildirib ki, bu dərslik axırıncı dəfə 1985-ci ildə kiril əlifbası ilə çapdan çıxıb. Indi həmin dərsliyin DVD diskinin latın qrafikasında buraxılmasına ciddi hazırlıq işlərinə başlanılıb.
Azərbaycan dilində buraxılacaq disk-dərslikdə rus və ingilis versiyaları da yer alacaq. Beləliklə bu, miltimedia dərsliyi olacaq.