Bakı Musiqi Akademiyasının prorektoru, pianoçu Yeganə Axundova Avropa-Amerika Konsorsiumunun (EAWC) “İlin müvəffəqiyyətli qadını” mükafatına layiq görülüb. Bu mükafat peşəkar və ictimai həyatda qazanılan nailiyyətlərə görə verilir. Afinada keçirilən mükafatlandırılma mərasimində Y.Axundovaya Artemidanın kiçik heykəli və o cümlədən, bütün qaliblərə Milos adasına, Olimp dağına və Yunanıstanın digər görməli yerlərinə səyahət paketi verilib. Tədbirdə həmçinin pianoçunun müəllif olduğu "Mea memore" adlı mahnıya çəkilmiş klip nümayiş etdirilib.