UNESCO-nun Azərbaycan muğamının qorunması və inkişafına dair “Əbədi Muğam” layihəsi uğurla son mərhələsinə çatmaqdadır. Maliyyə dəstəyi Yaponiya hökumətinin Xüsusi Təyinatlı Fondu tərəfindən təqdim olunan layihənin icrası Mədəniyyət və Turizm Nazirliyi və Avropa Musiqi Şurasının Azərbaycan Milli Komitəsi tərəfindən həyata keçirilir.
   
   Layihə çərçivəsində bu ilin fevralından İçərişəhərdə, “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarixi Memarlıq Qoruq-Muzeyinin zallarında 20 konsertdən ibarət muğam axşamları silsiləsi keçirilib. Layihədə iştirak etmək üçün 20 gənc və istedadlı xanəndə cəlb edilib. Bu silsilənin keçirilməsinə İçərişəhər Dövlət tarixi-memarlıq Qoruğunun İdarəsi yaxından yardım göstərib. Muğam axşamları silsiləsi iyulun 7-də gənc xanəndə İlkin Əhmədovun konserti ilə tamamlanıb.
   İyulun 18-də Zağulba qəsəbəsindəki “Gənclik” istirahət mərkəzində isə Muğam İfaçılığı üzrə Yay Məktəbi keçirilib. Tədbirdə iştirak üçün ölkə üzrə 20-dək gənc muğam ifaçısı seçilib. Muğam ustadı Ağaxan Abdullayev, xanəndə Teyyub Aslanov, tarzən Ələkbər Ələkbərov, kamança ustası Elnur Mikayılov və nağara ifaçısı Ramin Abdullayev tədbirdə iştirak ediblər.
   Qeyd edək ki, UNESCO-nun sözügedən layihəsinin daha bir məqsədi Azərbaycanın bir sıra bölgəsində yeniyetmə istedadlar üçün muğam ifaçılığı üzrə master-klass, konsert və görüşlərin keçirilməsi idi. Bu çərçivədə Gəncə, Yevlax, Şəki, Oğuz, Lənkəran, Masallı, Şamaxı və İsmayıllıda tanınmış muğam ustalarının iştirakı ilə tədbirlər reallaşıb.
   İyulun 19-da isə “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarixi Memarlıq Qoruq-Muzeyində yeniyetmə muğam ifaçıları üçün yekun master-klass keçirildi. Həmin tədbirdə Azərbaycanın müxtəlif bölgələrindən dəvət olunan şagirdlərlə xanəndələr Sabir Abdullayev və Zabit Nəbizadə, tarzən Vamiq Məmmədəliyev və kamançaçı Nazim Mirəsədullayev məşq keçdilər, öz dəyərli tövsiyələrini verdilər.
   
   Yeganə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar