Şair, yazıçı Əjdər Olun "Canlı lətifələr, əhvalatlar, deyimlər" adlı kitabı işıq üzü görüb. Görkəmli şəxsiyyətlərlə yanaşı, sadə insanların da qəhrəmana çevrildiyi kitab şux lətifələr, şən zarafatlar, maraqlı əhvalatlar, yerində verilmiş sərrast cavablar toplusudur.
Müəllif kitaba yazdığı "Ön söz"də qeyd edir ki, əvvəl-əvvəl yalnız yazıçılarla bağlı əhvalatları qeydə alsa da, sonralar əhatə dairəsini genişləndirərək, sənət adamlarına, siyasətçilərə, dövlət mənsublarına da yer verib. Kitab dörd bölmədən ("Siyasətçilər və dövlət adamları", "Yazıçılar və alimlər", "Sənətçilər" və "Tanış-bilişlər") ibarətdir.
Əjdər Ol 30-dan artıq kitabın müəllifidir. Pyesləri bir sıra teatrlarda oynanılıb, ssenariləri əsasında filmlər çəkilib.